Blinken Azərbaycan-Ermənistan danışıqları üzrə yeni nümayəndə təyinatını şərh edib


Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibi Entoni Blinken Lui L.Bononu Qafqaz üzrə danışıqlar üzrə baş məsləhətçi təyin edib.


AFN.az xəbər verir ki, Blinken bu qərarı ilə bağlı şərh verib. Onun şərhində bildirilir ki, Bono Ermənistan və Azərbaycan arasında sülh prosesini irəlilətmək və Rusiyanın Gürcüstanın suveren ərazilərinin davam edən işğalı probleminin həlli üçün regional liderlərlə işləyəcək”.

Qeyd edək ki, Bono buna qədər Beynəlxalq Atom Enerjisi Agentliyində nümayəndə vəzifəsini icra edib, həmçinin Müqəddəs Taxt-Tacın müvəqqəti işlər vəkili postunda çalışıb. O, eyni zamanda Bəsrədə Regional bölmənin direktoru vəzifəsində çalışıb, Milli Təhlükəsizlik Şurasında işləyib, dövlət katibinin iqtisadiyyat və biznes Mməsələləri üzrə müavininin müşaviri postlarında fəaliyyət göstərib. Lui Bono Vest-Pointda və ABŞ Ordusu Hərbi Kollecində təlimatçı olub.
Blinkenin şərhində vurğulanır ki, Birləşmiş Ştatlar “Dağlıq Qarabağ” münaqişəsinin uzunmüddətli siyasi həlli də daxil olmaqla, Azərbaycana və Ermənistana hərtərəfli sülh sazişinin əldə edilməsinə kömək etmək öhdəliyinə sadiqdir.
“Yeni məsləhətçi Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu təşviq etmək üçün həmfikir tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə, eləcə də ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli əməkdaşlıq edəcək. Bu təyinat ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi əhəmiyyəti, eləcə də Gürcüstan ərazisinin 20 faizinin davam edən Rusiya işğalına həsr olunmuş yeganə beynəlxalq format olan Gürcüstan üzrə Cenevrə Beynəlxalq Müzakirələrinin rolunu təsdiqləyir” - deyə Blinkenon şərhində bildirilir.
Məlumat üçün bildirək ki, Lui Bonoya qədər bu vəzifədə Filip Rikeri fəaliyyət göstərirdi.

M.VAHİDLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu