“Traktor”dan zəlzələ qurbanlarına yardım kampaniyası


Güney Azərbaycanın “Traktor” futbol klubu ilə İsfahanın “Foolad” (“Polad”) komandası arasında keçirilən oyunun biletlərinin satışından əldə olunan gəlir Xoy bölgəsində zəlzələdən zərər çəkənlərə verəcək.


Bu barədə klubun baş direktoru Höşəng Nəsirzadə bildirib.

O, həmçinin stadionda qurbanlara başsağlığı bildirən simvollar yerləşdiriləcəyini bildirib.

Qeyd edək ki, futbol oyunu Təbrizdə fevralın 1-də keçiriləcək.

Xatırladaq ki, yanvarın 28-də Güney Azərbaycanın Xoy bölgəsində zəlzələ olub. Təbii fəlakət nəticəsində minlərlə yaşayış binası dağılıb, ölənlər və yaralananlar var. Sakinlərin sözlərinə görə, səlahiyyətli orqanlardan onlara yardım əli uzadan yoxdur. İran hökuməti zəlzələdən zərər çəkən azərbaycanlılara sahib çıxmır.

Mənbə: Qalam Press




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu