9 ölkə Ukraynanı tankla təmin edəcək


Böyük Britaniya, Estoniya, Polşa, Latviya, Litva, Danimarka, Çexiya, Hollandiya və Slovakiyanın müdafiə nazirləri və səlahiyyətli nümayəndələri Ukraynanın Rusiyanın təcavüzünə qarşı mübarizəsini sarsılmaz dəstəklədiklərini bəyan edib. Adları çəkilən ölkələr Ukraynanı bundan sonra da özünümüdafiə vasitələri və silahları ilə təmin etmək niyyətlərini bir daha təsdiq edib.


AFN.az xəbər verir ki, qeyd edilən məlumat Böyük Britaniya hökumətinin portalında bu ölkənin müdafiə naziri Ben Uollesə istinadən yayılıb.
"Biz Rusiyanın müharibə cinayəti sayılan Ukrayna xalqına qarşı terror törətməsini, o cümlədən mülki şəxslərə və mülki infrastruktura qarşı qəsdən etdiyi hücumları pisləyirik”-birgə bəyanatda belə deyilir.
İclas iştirakçıları bəyan ediblər ki, Rusiyanın hərəkətləri Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü pozmağa və Ukrayna ərazilərini ilhaq etmək üçün qanunsuz cəhdlərə yönəlib. Eyni zamanda, onlar təkcə Rusiya təcavüzünə müqavimət göstərmək üçün deyil, həm də ölkənin bütün ərazisini rus işğalçılarından təmizləmək üçün Ukraynaya silah və hərbi texnika tədarükünü davam etdirməyə hazır olduqlarını bildiriblər.
Bu kontekstdə tərəflər Ukraynaya kollektiv şəkildə hərbi yardım, o cümlədən əsas döyüş tankları, ağır artilleriya, hava hücumundan müdafiə texnikası, döyüş sursatı, zirehli texnikanın Ukraynanın müdafiəsi maraqlarında istifadə olunması ilə bağlı birgə öhdəlik götürüblər.
“Ukraynaya bu mühüm dəstək bizim öz milli imkanlarımız və ehtiyatlarımız hesabına ediləcək. Bu, vəziyyətin nə qədər çətin olduğunu qarşılıqlı anlaşmanı və Ukraynaya yardımı dərhal artırmaq və sürətləndirmək üçün ümumi hazırlığı nümayiş etdirir.
9 ölkə bu sənədi "Tallin töhfəsi" adlandıraraq digər müttəfiqləri və tərəfdaş dövlətlərə nümunə götürmək üçün müraciət edib: "Ukraynanın 2023-cü ildə döyüş meydanında qələbəsini təmin etmək üçün öz planlaşdırılmış yardım paketlərini mümkün qədər tez təqdim etməyə çağırın”-müraciətdə belə qeyd edilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu