Çin Yaponiyadan gələnlər üçün viza verilməsini dayandırır


Çin Yaponiyadan gələn şəxslər üçün vizaların verilməsini dayandıracağını açıqlayıb.


AFN.az İHA-ya istinadən xəbər verir ki, buna səbəb Yaponiyanın Çinə qarşı tətbiq etdiyi Covid-19 məhdudiyyətləridir. Çin həmçinin Covid-19 hallarının artması səbəbindən ona məhdudiyyətlər qoyan ölkələrə qarşı başqa "qisas" tədbirləri alacağını bildirib.
Belə ki, ölkə bundan əvvəl Cənubi Koreyaya qarşı belə tədbirlər reallaşdırıb. Çinin Tokiodakı səfirliyi Yaponiyanın Covid-19 yoluxmalarının artması səbəbindən çinli səyahətçilərə qoyduğu məhdudiyyətlərə cavab olaraq, bu gündən etibarən Yaponiya vətəndaşlarına viza verilməsini dayandıracağını açıqlayıb.

Qeyd edək ki, Yaponiya Çindən gələn sərnişinlərin test nəticəsi mənfi olması şərti ilə ölkəyə daxil olmasına icazə verir, Çindən Yaponiyanın bəzi şəhərlərinə uçuşları məhdudlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu