Britaniya tankları Rusiya ilə döyüşə çıxarıla bilər


Böyük Britaniya hökuməti ilk dəfə olaraq Ukraynaya tankların verilməsi imkanını nəzərdən keçirir.


AFN.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. danışıqlarla tanış olan mənbə bildirib ki, Ukrayna Silahlı Qüvvələrinə Britaniya ordusuna müəyyən sayda “Challenger 2” əsas döyüş tanklarının tədarükü ilə bağlı müzakirələr bir neçə həftədir ki, davam edir. Onun sözlərinə görə, Böyük Britaniya bu tanklardan təxminən 10-u təklif edə bilər.
Qeyd edilir ki, Britaniya hökuməti hələlik yekun qərar qəbul etməyib. Lakin Böyük Britaniya bunu qəbul edərsə, o, Ukrayna liderinin ordunu güclü Qərb tankları ilə təchiz etmək xahişinə cavab verən ilk ölkə olacaq. Londonun tanklarla bağlı müsbət qərarı NATO-nun digər müttəfiqlərini, xüsusən də Almaniyanı nümunə götürməyə təşviq edə bilər.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu