Rusiyada ömürlük cəzaya səbəb olan cinayət əməllərinin sayı artırılıb


Rusiya prezidenti Vladimir Putin təxribat fəaliyyətinə yardım etmək üçün ömürlük həbs cəzasını nəzərdə tutan qanunu imzalayıb.


AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, qanuna görə, təxribata sövq etmə, işə cəlb etmə və ya başqa üsullarla təxribat törətməyə, habelə təxribatı maliyyələşdirməyə görə ömürlük həbs cəzası gözləyir. Eyni cəza təxribat törətmək üçün təlim keçənlərə də nəzərdə tutulub.
Təxribat icması təşkil etməyə görə 15 ildən 20 ilədək və ya ömürlük həbs cəzası tətbiq edilir. Onda iştiraka görə daha az - beş ildən on ilədək cəza müddəti təyin edilib.
Qanunda “təxribat təbliğatı” anlayışı da var. Bu, “şəxsdə təxribat fəaliyyətinin həyata keçirilməsinin zəruriliyinə inamın formalaşdırılmasına yönəlmiş materialların və (və ya) məlumatların yayılması fəaliyyəti” kimi başa düşülməlidir.
Sözügedən qanunun Ukraynadakı müharibəyə etiraz fəaliyyətinin qarşısını almaq məqsədi daşıdığı üçün hazırlandığı güman edilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu