Bu ölkədə edam şallaq cəzası ilə əvəzləndi


Malayziya parlamenti ölkədə bir sıra cinayətlərə görə ölüm hökmünün və ömürlük həbs cəzasının ləğv edilməsini nəzərdə tutan qanun qəbul edib.


AFN.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Yeni qəbul edilən qanuna əsasən, ölüm cəzasının 30 ildən 40 ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilməsi təklif edilir. Həmçinin, törədilmiş cinayətin ağırlığından asılı olaraq ölüm cəzasının 6 dəfədən 12 dəfəyə qədər şallaqlamaqla əvəzlənməsinə icazə veriləcək. Əvvəllər onu yalnız ömürlük həbslə əvəz etmək olardı.

Qanun odlu silah istehsalı və satışı və adam oğurluğu kimi ölümlə nəticələnməyən bir sıra cinayətlərə görə ölüm cəzasının ləğvini nəzərdə tutur.

Malayziya 2018-ci ildən ölüm hökmünə moratorium qoyub. Bundan əvvəl ölkədə qətl və narkotik alveri kimi cinayətlərə görə ölüm cəzası tətbiq edilirdi. 2018-ci ilin mayında keçirilən seçkilərdə qalib gələn müxalifət qüvvələri “uyğun olmayan” qanunlara yenidən baxacaqlarına söz vermişdilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu