Bakı metrosunda NASAZLIQ
Bakı metrosunda qatarların hərəkətindən texniki nasazlıq olub.
AFN.az-ın məlumatına görə sərnişinlər iddia edirlər ki, problem metronun “Şah İsmayıl Xətai” stansiyasında qeydə alınıb və metropoliten əməkdaşları tərəfindən sərnişinlər düşürülüb.
Qatarın nasazlıq səbəbindən depoya getdiyi deyilir.
Problemin səbəbi araşdırılır.