Nazarbayev həbs edilir?


Dekabrın 28-də Qazaxıstan Milli Məclisin deputatları “Birinci Prezident-Elbası haqqında” konstitusiya qanununun ləğv edilməsi məsələsinə baxıblar.


AFN.az-ın məlumatına görə, bu qanunun ləğvi ilə bağlı sənəd Konstitusiyaya müvafiq dəyişikliklər edildikdən altı ay sonra Milli Məclisin müzakirəsinə təqdim edilib. Sənəd keçmiş prezident Nursultan Nazarbayevi ölkənin Əsas Qanunundan çıxarmaq və onun ailəsi üçün imtiyazların ləğv edilməsini nəzərdə tutur.
İclasdan sonra jurnalistlər Milli Məclisin sədri Yerlan Koşanova bu qanunun ləğvinin təfərrüatları ilə bağlı suallar ünvanlayıb.
Spiker bildirib ki, “Birinci prezident haqqında” qanunun qüvvəsini itirməsi eks-prezident Nursultan Nazarbayevi toxunulmazlıqdan məhrum edəcək. “Əgər qanun qüvvdən düşərsə, bu qanunda nəzərdə tutulmuş bütün toxunulmazlıqlar da itiriləcək”, - Koşanov belə deyib.
Onun sözlərinə görə, qanunun qüvvədən düşməsi məsələsinə parlamentin birgə iclasında baxılması 2023-cü ilə təyin edilib.
Eyni zamanda, spikerə birinci prezidentin təqsiri sübuta yetirilərsə, onun cinayət məsuliyyətinə cəlb oluna biləcəyi ilə bağlı sual verilib.
Yerlan Koşanov belə bir variantın mümkün olduğunu deyib:“Çünki qanun ləğv edilərsə, bu qanunda nəzərdə tutulan bütün toxunulmazlıqlar tamamilə fəaliyyətini dayandıracaq”.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu