Türkiyədə prezident seçkilərinin vaxtı dəyişdirilir


Türkiyədə 2023-cü il iyunun 18-nə təyin edilmiş prezident seçkilərinin təyin olunan tarixdən tez baş tuta bilər.


AFN.az-ın məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop “A Haber”ə açıqlamasında belə deyib.
Onun sözlərinə görə, bunun bir neçə səbəbi var.
“Xüsusilə də nəzərə almaq lazımdır ki, yayda çoxlu insan ziyarətə gedir. Ona görə də seçkilərin vaxtından əvvəl keçirilməsi mümkündür”.
O, həmçinin əlavə edib ki, Rəcəb Tayyib Ərdoğanın seçkilərdə namizəd olması üçün heç bir maneə yoxdur.

M.Vahidli
AFN.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu