Ərdoğanın namizəd rəqibi gələn ay açıqlanacaq

Türkiyə müxalifəti fevral ayında prezident seçkilərinə vahid namizədini açıqlayacaq.
AFN.az-ın məlumatına görə, bu barədə “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi açıqlama verib.
Qeyd edək ki, Türkiyədə növbəti ümumi - prezident və parlament seçkilərinin 2023-cü il iyunun 18-də keçirilməsi planlaşdırılır.
Lakin Türkiyə rəsmiləri növbədənkənar seçkilərin keçiriləcəyini istisna etmirlər. Prezident Ərdoğan mövsümi şərtləri nəzərə alaraq seçkilərin daha erkən tarixə salınmasına icazə verib.
"Prezidentliyə ümumi namizədin, seçki alyansının formasının və "Altılı Masa"nın birgə namizədinin elanı fevralda planlaşdırılır", - deyə köşə yazarı bildirib.
M.Vahidli