"Salyan - Avtovağzal" və "Salyan - Sərnişin"in idarəetmə forması dəyişdirilib


"Salyan - Avtovağzal" və "Salyan - Sərnişin" ASC-nin idarəetmə forması dəyişdirilərək “HN Trans” MMC yaradılıb.


Bu barədə AFN.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

“"Salyan - Avtovağzal" və "Salyan - Sərnişin" ASC özəl sahibkarlıq subyektləridir. Mülkiyyətçi tərəfindən şirkətlərin idarəetmə forması dəyişdirilərək “HN Trans” MMC yaradılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Salyan şəhəri, Yusif Qasımov küçəsi, 3 ünvanında yerləşən vağzala 2-ci kateqoriyalı avtovağzal statusu verilib. Pasportlaşdırılan vağzaldan əhaliyə gündəlik sərnişindaşıma xidməti göstərilir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bir müddət öncə "Salyan - Avtovağzal" ASC və "Salyan - Sərnişin" ASC ləğv edilib, onlara məxsus səhmlər silinərək dövriyyədən çıxarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu