Pakistandan Azərbaycana düyü idxalı gömrük rüsumundan azad edilib

Bu gündən Pakistan İslam Respublikasından Azərbaycana idxal olunan düyü 15 faiz idxal gömrük rüsumundan azad edilib.
AFN.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 22 noyabr tarixli qərarında əksini tapıb.
Qərara əsasən, Pakistan İslam Respublikasından həmin ölkə mənşəli düyü 31 dekabr 2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilir.