Bu ölkə koronavirus testini bərpa edir


Hindistan covid-19 testlərinin bərpa olunduğunu elan edir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan Covid-19 testinin ölkəyə səfərə gələnlərə tətbiq ediləcəyini açıqlayıb. Hindistan Səhiyyə Nazirliyinin verdiyi açıqlamada bildirilir ki, ölkəyə səfər edəcək beynəlxalq səyahətçilərin yüzdə 2-si təsadüfi seçimlə Covid-19 testindən keçəcək. Bu, koronavirusdan qorunma məqsədilə reallaşdırılacaq.
Qeyd edək ki, son günlər bir sıra ölkələrdə, xüsusilə Çində koronavirusun yenidən kütləvi yayılma halları müşahidə edilir. ÜST son açıqlamasında Çində 1 milyon insanın bu virusdan ölmə riskinin olduğunu açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu