Uşaqları leykemiyadan qorumaq mümkünmüş! - ARAŞDIRMA


Böyük Britaniya alimləri uşaqlarda ən çox rast gəlinən xərçəng növü olan kəskin limfoblastik leykemiya (ALL) haqqında mühüm kəşf ediblər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar xərçəngin ana bətnində izlənilə biləcəyini kəşf ediblər. Elmə o da məlum olub ki, bu ölümcül xəstəlik qrip kimi ümumi uşaqlıq xəstəlikləri olmasa görülməz. Bu səbəbdən mütəxəssislər valideynləri övladlarının immunitetini gücləndirməyə və onların sosiallaşmasına şərait yaratmağa çağırıblar. Alimlər izah edirlər ki, uşaqlıq leykemiyası qanda prekanseröz hüceyrələrlə qarşılaşan ümumi uşaqlıq infeksiyaları ilə idarə olunur.
İngiltərədəki London Xərçəng Tədqiqatları İnstitutunun (ICR) mütəxəssisləri körpələrin ana bətnində leykemiya riskinin yüksək olduğunu, lakin virus və ya bakterial infeksiya şəklində ikinci bir zərbə olmadan xərçəngin inkişaf etməyəcəyini müəyyən ediblər.
Tədqiqat körpələrin immun sistemlərini infeksiyalara hazırlamaq üçün həyatın erkən yaşlarında digər uşaqlarla ünsiyyət qurmasına icazə verilməsinin vacibliyini sübut edib. “Leukeemia” elmi jurnalında dərc olunan araşdırmada tədqiqatçılar leykemiyanı əkizlərdə araşdırıblar. Uşaqlardan birində artıq xəstəlik varsa, digər qardaşın leykemiyaya tutulma ehtimalının təxminən 15-25 faiz olduğu müəyyən edilib.
Alimlər əkizləri 15 il izləyiblər və aşkar ediblər ki, daha yüksək risk yalnız eyni əkizlər doğuşdan əvvəl bir plasentanı paylaşdıqda tətbiq olunur. Eyni əkizlərin təxminən 60 faizi ana bətnində eyni plasentanı paylaşsa da, tapıntılar leykemiyanın ana bətnində izlənilə biləcəyini təsdiqləyib. Lakin tədqiqatçılar izah ediblər ki, klinik olaraq səssiz hüceyrələr postnatal zərbə olmadan xərçəngə çevrilə bilməzlər.
Araşdırmanın müəlliflərindən biri olan prof. Dr. Mel Greaves, “Biz genetik dəyişikliklərin ikinci mərhələsinin uşaqlıqda rast gəlinən infeksiyalardan qaynaqlandığını düşünürük” – deyə bildirib.
Kəskin lenfoblastik lösemi uşaqlıq xərçənginin ən çox yayılmış formasıdır və uşaqlarda leykemiya hallarının 80 faizini təşkil edir. Tədqiqatçılar doğumdan sonra ikinci infeksiyanın səbəb olduğu xəstəliklərə diqqət yetirmək lazım olduğunu bildirirlər. Alimlərin qənaətincə, bağırsaqları gücləndirmək uşaqları xəstəliklərdən qoruya bilər. Bağırsaq mikrobiomu hətta xərçəng öncəsi hüceyrələr olsa belə, uşaqları leykemiyanın inkişafından qorumaqda mühüm rol oynaya bilər.
Greaves deyir: “Kəskin limfoblastik leykemiya (ALL) qeysəriyyə əməliyyatı, ana südü ilə qidalanmamaq və körpəlik dövründə sosial əlaqələrin olmaması ilə artır. Əksinə, uşaqlıq dövründə oyun qruplarında iştirak qoruyucudur. Beləliklə, tibbi müdaxilə olmadan riski müəyyən qədər dəyişdirmək olar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu