Makron və Martinez Mbappeni belə təsəlli etdilər - VİDEO


Futbol üzrə dünya çempionatının finalında Argentinaya uduzaraq ikinci yerlə kifayətlənməli olan Fransa millisinin dünya şöhrətli oyunçusu Kiliyen Mbappe matçdan sonra meydançada naçar vəziyyətdə qalıb.


AFN.az xəbər verir ki, TV-lərdə göstərilməyən, lakin sosial şəbəkələrdə yayılan görüntülərdə Mbappenin məğlubiyyətin təsirindən çıxa bilmədiyi əksini tapıb. O, meydançanın ortasında oturaraq məğlubiyyətin acısını çəkərkən, final oyununu meydançada izləyən Fransa prezidentin Emmanuel Makron yaxınlaşaraq oyunçuya təsəlli verməyə çalışıb. Mbappenin başını sığallayan Makrona Argentina yığmasının qapıçısı Emiliano Martinez də qoşulub. O da futbolçi həmkarına təsəlli verərək onu yerdən qaldırıb. Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Həmin videonu təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu