Almaniyada azərbaycanlı döyüşçünü qətlə yetirən şəxsin məhkəməsi oldu


Almaniyanın Frankfurt şəhərində 38 yaşlı azərbaycanlı idmaçı Vüqar Baxşıyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs hakim qarşısına çıxarılıb.


AFN.az Avropa Bürosunun Frankfurt şəhər məhkəməsindən əldə etdiyi məlumata görə, cinayəti törətməkdə şübhəli bilininən 40 yaşlı Frankfurt sakini barəsində həbs qətimkan tədbiri seçilib.

Frankfurt polisindən isə bildirilib ki, istintaq qrupunun əməkdaşlarının hadisə yerindəki işi ötən gün yekunlaşıb. Cinayət hadisəsin ilə bağlı maddi sübutlar istintaqa tədim edilib.

Polis hazırda hadisə şahidlərinin tapılması və onların dindirilməsi istiqamətində çalışır. Artıq ətrafdakı yanacaqdoldurma məntəqəsi, qəzet köşkü və mağazanın müşahidə kameralarının görüntüləri əldə edilib.

Məlumat üçün bildirək ki, 38 yaşlı Vüqar Baxşıyev “İntegra Figtihing Championship” təşkilatının çempionu olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu