Futbol Federasiyasının keçmiş rəhbərinə cinayət işi açılıb


Ermənistan Baş Prokurorluğu Futbol Federasiyasının (FFA) keçmiş rəhbəri Ruben Ayrapetyana qarşı cinayət işi açıb.


AFN.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, funksioner İrəvan şəhərində Açaryan küçəsində yerləşən torpaq sahələrinin dələduzluq yolu ilə özəlləşdirilməsində ittiham edilir.

İddiaya görə, o, əvvəlcə həmin əraziləri FFA adından paytaxt meriyasına təhvil verdiyini bildirib. Daha sonra isə qondarma hərraclarda iştirak edərək, torpaq sahələrini şəxsi əmlakına çevirib. Şəhər büdcəsinə dəyən ziyanın 700 000 dolları ötdüyü bildirilib.

Bundan başqa, o, mənimsəmə, israfçılıq, habelə sənədlərin saxtalaşdırılmasında günahlandırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu