Putindən gözlənilməz qərar: Son on ildə ilk dəfə...
Putin 2012-ci ildən bəri ilk dəfə illik mətbuat konfransını ləğv edib. Bu il Kremldə böyük Yeni il qəbulu da nəzərdə tutulmayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin 10 ildən sonra ilk dəfə illik mətbuat konfransı keçirməyəcək. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putinin Federal Məclisə illik müraciətinin olub-olmayacağı da məlum deyil. Peskov qeyd edib ki, Yeni ilə qədər böyük mətbuat konfransı olmayacaq: “Amma ümid edirik ki, prezident müntəzəm olaraq, o cümlədən xarici səfərlər zamanı olduğu kimi yenə də jurnalistlərlə danışmaq üçün imkanı tapacaq". O əlavə edib ki, Kremldə ənənəvi böyük Yeni il ziyafətinin keçirilməsi də nəzərdə tutulmayıb.