Parlamentdə yumruq davası - VİDEO


Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı millət vəkilləri arasında dava düşüb.


Müzakirələr zamanı ilk olaraq deputatlar – CHP partiyasından Özgür Özellə ölkənin hakim Ədalət və İnkişaf partiyasından (AKP) Bülent Turan arasında mübahisə yaranıb.

Bunun ardınca isə digər deputatlar – İYİ partiyasından Ümit Beyazla Bülent Turan arasında mübahisə düşüb. Hər iki partiyadan digər deputatların da mübahisəyə qatılmasından sonra parlamentdə gərginlik daha da artıb. Belə ki, millət vəkilləri bir-birilərinə yumruqla zərbələr endirib. Hadisə nəticəsində deputatların bəziləri yerə yıxılıb.

AKP-li deputat Zafer Işıkla İYİ partiyasından deputat Hüseyin Örs arasında yaşanan yumruqlaşmadan sonra Hüseyin Örsün halı pisləşib. Deputat xəstəxanaya çatdırılıb və tədbir məqsədilə reanimasiyaya yerləşdirilib. Onda ürək ritminin pozulması qeydə alınıb.

[media=https://www.youtube.com/watch?v=QcdSGr_3f_U&feature=emb_imp_woyt]

Qafqazinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu