Əxlaq polisi ləğv edildi, bəs digərləri?


İranda əxlaq polisinin ləğvi islahat deyil, sadəcə etirazçıların artan təzyiqini azaltmaq məqsədi daşıyır.


AFN.az xəbər verir ki, bunu Elxan Şahinoğlu İranda əxlaq polisinin ləğv edilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, rejim bunu kiçik güzəşt kimi qiymətləndirir: "Ancaq əxlaq polisinin ləğvi İranda qadınların geyim azadlığına şərait yaradırmı – bu suala hələ aydın cavab verməyiblər. Lakin cin şüşədən çıxıb. İranda son 3 ayda qadınların bir qismi etiraz əlaməti olaraq onsuz da başlarını açırdılar və artıq kimsə onları polisə aparmırdı, yollarda “əxlaq polisi” də yoxa çıxmışdı. İranda başqa qadağalar da var, xarici televiziya kanallarına baxmaq, evlərin damlarında çanaq antenalar yerləşdirmək, Qərb musiqisini dinləmək yasaqdır. Bu qadağalar da ləğv olunacaqmı?"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu