Peleyə yeni diaqnoz qoyuldu

Braziliya millisinin əfsanəvi hücumçusu Peledə tənəffüs yolu infeksiyası aşkar edilib.
Qol.az "Reuters"ə istinadən xəbər verir ki, San-Pauludakı Albert Eynşteyn xəstəxanasının tibbi rəyi belə olub.
82 yaşlı Pelenin vəziyətinin stabil olduğu, bir neçə gün xəstəxadanada qalacağı bildirilib.
Xatırladaq ki, 2021-ci ilin sentyabrında Peleyə yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.