"Çırpınırdı Qara dəniz" Ərdoğanın seçki mahnısı oldu - VİDEO
Dahi bəstəkar Üzeyir Hacıbəyovun şair Əhməd Cavadın sözlərinə bəstələdiyi "Çırpınırdı Qara dəniz" mahnısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçki mahnısı olub.
AFN.az xəbər verir ki, bu barədə İctimai TV-də videoçarx nümayiş olunub.
Vətənpərvərlik ruhu aşılayan ifanın sözləri dəyişdirilərək "Senden vazgeçmeyiz" adlandırılıb.
Videoda Türkiyə dövlət başçısının müxtəlif tədbirlərdə çıxışı, o cümlədən prezident İlham Əliyevlə Ərdoğanın görüntüləri də yer alıb.
Məlumat üçün bildirək ki, qardaş ölkə Türkiyədə prezident seçkiləri gələn il baş tutacaq.