CAR prezidenti impiçment təhlükəsi ilə üzləşib


Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa “Farmgate” qalmaqalı ilə bağlı mümkün impiçment təhlükəsi ilə mübarizə aparır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, müstəqil araşıdrma hesabatına görə, prezident Ramafosa vəzifəsindən sui-istifadə etməklə korrupsiyaya qarşı mübarizə qanununu pozmuş ola bilər. Lakin o, qanun pozuntusunu inkar edib və 4 milyon dollar pulun camış satışından əldə edildiyinı bildirib. "Biz düşünürük ki, prezidentin oğurlanmış xarici valyutanın mənşəyi, əvvəl də dövlət əmlakının oğurlanması iddiları ilə bağlı cavab verməli olduğu məqamlar var" - deyə hesabatda bildirilir.
Araşdırma ilə bağlı hesabat artıq qanunverici orqana təhvil verilib. Parlament onları yoxlamalı və gələn həftə impiçment prosesinin başlanılıb-başlanılmaması barədə qərar verməlidir.
Qeyd edək ki, CAR prezidenti Ramafosaya 2024-cü ildə yenidən namizədliyini vermək istəyir. Amma bu qərarı rəhbərlik etdiyi Afrika Milli Konqresi (ANC) verməlidir. Partiyanın onun namizədliyinə qərar verilməsi konfransda dəqiqləşəcək. Partiyanın konfransına isə bir aydan az vaxt qalıb. Cramafosanın impiçment təhlükəsi ilə üzləşməsi isə bu şansı azaldıb. Preizdentin bözünü təmizə çıxarmaq üçün cəmi bir ay vaxtı qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu