DƏHŞƏT: 12 yaşlı qız sinif yoldaşını bıçaqlayıb öldürdü


Türkiyənin Mersin şəhərində 12 yaşlı qız E.D. 12 yaşlı sinif yoldaşı Fatmanisə Yüreklini öldürüb.


Hadisə Hüseyn Okan Merzeci orta məktəbində baş verib. insidentə səbəb imtahan qiymətləri olub. Belə ki, E.D. imtahandan aşağı qiymət aldığı üçün onu ələ saldığını iddia etdiyi Fatmanisə Yüreklini məktəbin tualetinə çağırıb. E.D sinif yoldaşını əvvəlcə rezin boru ilə döyüb, daha sonra evdən gətirdiyi bıçaqla onun boğazına və qarnına ağır xəsarətlər yetirib.

Təcili yardım maşını ilə xəstəxanaya aparılan F.Yüreklinin həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Tutularaq polis bölməsinə aparılan E.D. ifadəsində imtahandan pis qiymət aldığı üçün Yüreklinin onu ələ saldığını və bu səbəbdən hadisəni törətdiyini bildirib.

Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu