Sülhə hələ çox var - Elxan Şahinoğlu


Erməni siyasətçilər və ekspertlər qabaqdangəlmişlik edərək Azərbaycan ordusunun Laçın dəhlizini bağlamağa hazırlaşdığını açıqlayırlar.


AFN.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib. O daha sonra qeyd edib ki, qarşı tərəf son zamanlar Qarabağda gərginliyin və atəş səslərinin artmasını bununla əlaqələndirir: "Bu, gizli mövzu deyil, Ermənistanla Qarabağ arasındakı yolun nəzarətə götürülməsi Azərbaycanda əsas müzakirə predmetidir. Rusiya “sülhməramlı kontingenti” də ermənilərlə yenə səs-səsə verərək bu gün “Azərbaycan tərəfdən atəşkəs pozularaq Dağlıq Qarabağ postu atəşə tutulub” açıqlamasını yayıblar. Bu bir neçə sözdən ibarət cümlədə xeyli hüquq pozuntusu var. “Dağlıq Qarabağ” bölgüsü yoxdur, separatçıların postu olmamalıdır, bu, Azərbaycanın ərazi bütövlüyünə ziddir, nəhayət separatçılar olan yerdə “atəşkəs” ola bilməz. Bütün bunlara görə də sülhə hələ çox var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu