Rusiya telekanalları erməni separatçılarını niyə dəstəkləyir? - Politoloq


Rusiyada fəaliyyət göstərən dövlət televiziya kanalları yenə də Qarabağdakı separatçıların qalıqlarını dəstəkləyən verilişlər yayınlımaqda davam edir. Ötən şənbə günü Rusiyanın ORT kanalında gedən verilişdə Qarabağ separatçıları növbəti dəfə "Dağlıq Qarabağ Respublikası” kimi təqdim edilib.



Bu hal dövlət kanalının Rusiyanın da imzası olan 10 noyabr bəyannaməsinə hörmətsizlik nümayiş etdirdiyinin nəticəsidir. Rusiya telekanallarının ara-sıra separatçıları dəstəkləyən bu cür açıqlamalarla çıxış etməsi bir tərəfdən həmin ölkədə erməni diasporunun güclü olması ilə bağlıdır. Bu hal da onu göstərir ki, erməni diasporası hələ də şimal ölkəsində müəyyən məsələlərə bu və ya digər dərəcədə təsir etmək gücündədir.

Amma məsələni heç də tək erməni diasporasının üstünə atmaq doğru olmaz. Artıq 2 ilə yaxındır ki, Qarabağda sülhməramlı adı ilə yerləşən Rusiya hərbi kontingenti 10 noyabr razılaşmasından irəli gələn bəndlərin yerinə yetirilməsi istiqamətində hələ də konkret addımlar atmır. Hələ də erməni silahlı bandaları Qarabağda qalmaqdadır. Sülhməramlılar isə buna göz yumur. Belə olan halda, Rusiya dövlət kanallarının erməni separatçılarını dəstəkləyən mövzulara yer ayırması da gözləniləndir.

Politoloq Əlimusa İbrahimov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Rusiyanın dövlət kanalında Azərbaycanın ərazi bütövlüyünə edilən növbəti təxribat bu ölkənin xaosa yuvarlandığının göstəricisidir:

"Rusiyada xaos baş alıb gedir. Ukrayna müharibəsinə girişməklə Rusiya artıq istiqaməti itirib. Dövlət öz televiziya kanallarına da nəzarət edə bilmir. Birinci kanalda təşkil edilən müzakirə də bu ölkədəki ermənipərəstlərin təşkil etdiyi müzakirələr idi. Son zamanlar Ermənistanın Qərbə meyllənməsi fonunda Rusiya dövlətində separatçıları dəstəkləyən qüvvənin olduğunu düşünmürəm. Əslində, mövcud vəziyyətdə Rusiyanın dövlət kanalları da Ermənistanın cəzalandırılmasını nəzərdə tutan fikirlər səsləndirməlidir. Çünki artıq İrəvan açıq şəkildə Qərbə inteqrasiya edir. Belə olan halda bunun əksinin baş verməsi isə Rusiyanın birmənalı şəkildə xaosa yuvarlandığını göstərir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu