İnanıram ki, bu dəfə də ölkəmizə medallarla dönəcəyik - Tahir Əmiraslanov
İstanbulda kulinariya üzrə 1-ci olimpiada start götürüb. AFN.az xəbər verir ki, yarışlar noyabrın 24-də başlayıb. Azərbaycandan 9 nəfərlik Milli Komanda l Kulinariya olimpiadasına qatılıb. Qeyd edək ki, Milli Komandanı təşkil etmək hüququ WACS və WICS-in Milli üzvünə-Azərbaycan Milli Kulinariya Assosiasiyasına məxsusdur.
AFN.az Kulinariya Olimpiadası ilə bağlı münsiflər heyətinin sədri Tahir Əmiraslanovla kiçik müsahibəni təqdim edir:
- Tahir müəllim, bu yarışlar haqda nə deyə bilərsiz? Bu müsabiqə neçənci dəfədir kecirilir?
- Müsabiqə kimi 4-cü dəfədir keçirilir. Amma olimpiada olaraq birinci dəfə təşkil olunub.
- Azərbaycanı yarışda kimlər təmsil edir?
- Komanda uzvləri Tahir Əmiraslanov, Röyal Baxşov, Səltənət Həsənova, Abdulla Əmiraslanov, Aysel Sultanova, .Əzizağa Nəbiyev, Firdovsi İsmayılov, Rəhman Ələkbərov münsif olaraq və Elnurə Hüseynovadan ibarətdir.
- Münsiflər heyətinə kimlər daxil edilib?
- Beynəlxalq münsiflər heyətinə mən rəhbərlik edirəm. Türkiyəli münsiflərə Açi Davud rəhbərlik edir. Ümidvaram ki, həmişə olduğu kimi, bu dəfə komandamız beynəlxalq yarışdan vətənə medallarla dönəcək.
- Yarışlara hansı ölkələr qatılıb?
- Əsasən İslam ölkələri iştirak edir. Amma yarış digər ölkələr üçün də açıqdır. Qatılan ölkələr arasında Yunanıstan, Rusiya və Moldova da var.
NAZİLƏ