Özünü həkim məntəqəsində asdı
İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Basqal qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elvin Mirzəyev özünü həkim məntəqəsinin istifadəsiz otağında asıb. Onun meyiti dünən saat 16 radələrində aşkar edilib.
Bildirilir ki, intihar edən şəxs əvvəllər Cinayət Məcəlləsinin 234-cü (Narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə məhkum edilibmiş.
Faktla bağlı araşdırma aparılır.