“1 il sonra niyə polisə verib, başa düşə bilmirəm” - Zaur Kamal
Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyeva aparcı Zaur Kamalı polisə verib.
Məsələ ilə bağlı OLAY-a açıqlama verən Zaur Kamal söyləyib ki, günahı olmasa da, sənətkar olduğunu nəzərə alıb, üzrxahlıq edib, ancaq o, qəbul etməyib:
“Burada mənim günahım yoxdur. Bakupost-a istinadən sual verdim, həmin verilişdən sonra iki dəfə efirimizə gəlib. Üstündən bir il keçəndən sonra bu məsələ ilə bağlı polisə müraciət edib. Bunun da səbəbi nədir, Könül xanımın fikri nədir, bilmirəm. Demişdim ki, efirdə 10 dəqiqə gecikmə var, narazı olsanız, kəsərik. Heç nə etməyib, sonra da bu səbəblə üstümüzə gəlib. Polis məsələni aydınlaşdırır. Sual vermişəm, cavab almışam. Bir ildən sonra niyə müraciət edib, başa düşə bilmirəm”.