Rusiyalı deputat: “Fransa konyunktur maraqların qurbanı oldu”


“Fransa ani konyunktur maraqların qurbanı oldu. Fransa Senatının son qətnaməsi bundan xəbər verir”.



“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Rusiya-Azərbaycan Ekspert Şurasının ikinci iclasında deyib.

"Biz Fransada müəyyən diasporun (erməni) necə böyük olduğunu yaxşı bilirik və görürük. Məhz bu, çox siyasiləşdirilmiş və konyunktur yanaşmalara gətirib çıxarır. Qətnamənin qəbul edilməsinə səbəb olan ani öhdəliklərin qurbanı olmaq lazım deyil. Bu cür davranış təəssüf doğurmaya bilməz", - o bildirib.

Deputat Fransanın Azərbaycanda iqtisadi, o cümlədən enerji maraqlarının olduğunu vurğulayıb: "Bu o deməkdir ki, uzunmüddətli əlaqələr və münasibətlər konyunkturaya qurban verilməməlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu