ATU-nun Stomatoloji Klinikasında şəhid və qazi ailələri üçün aksiya keçirilir
Oktyabrın 27-dən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasında şəhid və qazi ailələrinin üzvləri üçün aksiyaya start verilib.
ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru Mahir Səfərovun özlərinə görə, aksiya çərçivəsində şəhid və qazi ailələrinin üzvlərinin ödənişsiz stomatoloji müayinələri və müalicəsi aparılır: “Klinikanın tədris bazasında həkimlərimiz tərəfindən şəhid və qazi ailələrinin üzvlərinə lazımi tibbi xidmətlər göstərilir. Aksiya çərçivəsində pulsuz müayinələrlə yanaşı, xəstələrə hər növ stomatoloji yardım göstərilir – dişlərin kompüter tomoqrafiyasının aparılması, plomb qoyulması, müalicəsi, dişin çıxarılması kimi stomatoloji prosedurlar aparılır. Qeyd edim ki, ATU-nun Stomatoloji Klinikasının kollektivi müharibə qəhrəmanlarını və onların ailə üzvlərinin tibbi problemlərinə daim diqqət və qayğı ilə yanaşır”.
Şəhid və qazi ailə üzvləri üçün stomatoloji aksiya 2 həftə davam edəcək. Bu aksiya Vətən müharibəsi qəhrəmanlarına sosial qayğının gücləndirilməsi işinə ATU-nun bir töhfəsidir.