Nazir sabiq DYP rəisinin oğluna vəzifə verildi


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.



AFN Qafqazinfo-ya istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, Zalov Ramin Rəhim oğluna polis leytenantı rütbəsi verilib. O, Goranboy Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinə əməliyat müvəkkili vəzifəsinə təyin edilib.

R.Zalov bu təyinata qədər Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində çalışıb.

Qeyd edək ki, Ramin Zalov Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin sabiq rəisi Rəhim Zalovun oğludur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu