Ermənistanın XİN başçısı: "Mövlud Çavuşoğlu ilə görüşməyə hazıram"


“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməyə hazıram”.



AFN xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O bildirib ki, İrəvan Ankara ilə dialoqla bağlı mövqeyini həmişə açıq şəkildə bəyan edib: “Ermənistan bu dialoqun uğurla nəticələndiyini görməkdə maraqlıdır. Görüşlərdə tərəflər diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması istiqamətində dürüst və ciddi addımlara hazır olmalıdır”.

Qeyd edək ki, bundan əvvəl M.Çavuşoğlu Ermənistanın XİN başçısı ilə görüşə hazır olduğunu bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu