Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının birgə təlimi başa çatıb


Türkiyənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələrinin birgə təlimi başa çatıb.



Bu barədə AFN-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimdə hər iki qardaş ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra ediblər.

Birgə təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu