Rusiya XİN: “Fransa Prezidentinin bəyanatları yolverilməz və qəbuledilməzdir”


Parisin Moskvanın Bakı və İrəvanla münasibətlərinə zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur və bu, yalnız Fransanın bölgədəki nüfuzunun daha da aşağı düşməsinə gətirib çıxaracaq.


Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçücü Mariya Zaxarovanın bəyanatında deyilir.

Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun Moskvanın guya Cənubi Qafqazda sabitliyi pozmağa çalışması ilə bağlı bəyanatları yolverilməz və qətiyyən qəbuledilməzdir: “Fransa Prezidentinin absurd uydurmaları Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərmədiyini nümayiş etdirir və bu ölkənin konstruktiv rol oynaya bilməsini şübhə altına alır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu