26 yaşlı gənc meşədə intihar edib


Yardımlı rayonunda 26 yaşlı gənc meşədə intihar edib.

AFN Report-a istinadla xəbər verir ki, hadisə oktyabrın 10-da rayonun Odurakəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Zahidov Hakim Qeyrət oğlu həmin kəndin yaxınlığında yerləşən meşəlik ərazidə ip ilə ağacdan özünü asıb.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu