Şəmşad Kərimov Kənd Təsərrüfatı Nazirliyini ifşa edir - FOTOFAKT


"Azəraqrar" MMC 2019-cu ildə "Xalq" qəzetində elan verərək cəmiyyətə məxsus bütün torpağa dair dövlət aktlarının əslinin itdiyini və buna görə etibarsız sayıldığını elan edib. 01 yanvar 2020- ci il tarixdən ölkədə əkinlər üçün subsidiyalar yeni elektron qaydada bəyan edilməyə və verilməyə başladı. Həmin dövrdən etibarən bir müddət güzəşt edilsə də, sonradan bəyan edilən əkinlər üçün ancaq sənədlərin əsli və ya təsdiq olunmuş surəti tələb olunmağa başladı və bu gün də davam etməkdədir.


AFN.az xəbər verir ki, bunu Şəmşad Kərimov adlı vətəndaş sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, "Azəraqrar" MMC-nin Göygöl rayon DAİM-ə təqdim etdiyi sənəd xaric bütün sənədlər kserosurətdir, təsdiq belə olunmaıb: "Azəraqrar" MMC-nin Tovuz və Gədəbəy DAİM-lərə təqdim etdiyi sənəd dövlət aktı belə deyil, sadəcə xəritədir. Bu günə qədər itmiş sənədlərdən yalnız bir təsərrüfatda bir hissə üçün çıxarış alınıb. 2019-cu ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sənədlər təsdiq edilərkən əsas kimi bir çoxuna "sənədin əslinə əsasən" qeydi aparılıb. Bu sənədləri əsasən Nazirliyin məsul əməkdaşı Fuad Səlimov təsdiq edib və bu günə qədər bu davam edir. Hətta bəzi sənədlər təsdiq edilərkən əsas kimi Torpaqlardan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firidun Tağıyevin şifahi göstərişi yazılıb. "Azəraqrar" MMC-nin 15 rayonda 60000(altmış min) hektara yaxın kənd təsərrüfatı təyinatlı torpağı var. Bu məsələlərlə əlaqədar bir çox Nazirlik yetkilisinə məlumat verilsə də, işləri ancaq məni bloklamaq olur. Tədbirlər görülməlidir, sonra çox gec olacaq".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu