MN: "Ermənistanın Azərbaycan Ordusunun guya atəşkəsi pozması barədə yaydığı məlumat yalandır"


Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.


Bu barədə AFN.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb", - müdafiə qurumundan bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu