MN: Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya qarşı tərəfə atəş açılması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə AFN.az-a Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.