Hüquq-mühafizə orqanları şəhid dəfnlərindəki hadisələrlə bağlı araşdırmalar aparmalıdır - deputat


Sərhəddə baş verən son dğyüşlərdə şəhid olan hərbçilərimizin dəfn mərasimlərində dini fəalların aktivlik göstərməsi hələ də müzakirə edilir.

AFN.az xəbər verir ki, məsələ bu gün parlamentdə də qaldırılıb. Deputat Azər Badamov isə saytımıza açıqlamasında bildirib ki, son zamanlar şəhidlərin dəfn mərasimlərində bəzi hallarda dini şüralar səsləndirlib : "Həssas bir dövrdə radikal dini qruplaşmaların belə hallara əl atmasını insanlar arasında fikir ayrılığı yaratmağa cəhd hesab edirəm. Müəyyən xarici qüvvələr var ki, ölkəmizin qazandığı uğurlara kölgə salmağa çalışır. Ən böyük uğurumuz milli birliyimizi hesab edirəm. Vəziyyətdən sui istifadə edərək insaların dövlətçiliyə əks çağırışlara alət edilməsinə heç kimə imkan verilməməlidir. Şəhidlər hər birimizin baş tacıdır. Şəhid mərasimindən sui istifadə edilərək ölkəmizdə siyasi sabitliyi pozmağa cəhd edən şəxslərə qarşı mübarizə güclənməlidir. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu istiqamətdə araşdırmalar aparmalıdır. Şəhidlər ən böyük hörmət və ehtiramla dəfn olundular. Şəhidlərin xatirəsi bizim üçün əzizdir və daima yaddaşlarımızda yaşayacaqdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu