Bakı metrosu QR kod və bank kartı ilə ödənişlərə hazırdır

"Bakı Metropoliteni" QSC koronavirus (COVID-19) pandemiyası dövründə QR kod və bank kartı ilə ödənişləri sınaqdan uğurla keçirib.
AFN report-a istinadən xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov bildirib.
"Bu cür ödənişlərin tətbiqinə tam hazırıq, qərar gözləyirik", - deyə o qeyd edib.