Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və "şikəst" sözləri çıxarılıb


Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və "şikəst" sözləri çıxarılıb.


"Report"un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Mülki Məcəllə və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Belə ki, Məcəllənin 1183.1-ci maddəsində “lal-kardırsa və ya lal-kar” sözləri “nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud” sözləri ilə əvəz edilib.

Əsasnamənin isə 83-cü maddəsinin üçüncü hissəsində “xəsarət” sözü “xəsarətlə” sözü ilə əvəz edilib və həmin hissədən “yaxud şikəstliklə” sözləri çıxarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu