Araik Arutunyanın “səfərbərliyi” cəmi 7 gün davam gətirdi


Qarabağdakı ermənilər arasında qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılanlar tərxis olunub.



Cebhe.info-nun məlumatına görə, bu barədə cinayətkar rejimin başçısı Araik Arutunyan “fərman” imzalayıb.

Xatırladaq ki, avqustun 3-də erməni silahlı birləşmələrinin təxribatına cavab olaraq, Azərbaycan ordusu “Qisas” əməliyyatı keçirib.

Həmin gün A.Arutunyanın əmri ilə Qarabağdakı erməni sakinlər arasında qismən səfərbərlik elan edilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu