Putin Rusiyada səfərbərlik elan etdi- "Qərb sülh istəmədi”
Rusiya prezidenti Vladimir Putin rusiyalılara televiziya ilə müraciət edib.
Əsas mövzu “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşməsi üçün referendumların keçirilməsidir.
Azpost.info xəbər verir ki, səsvermə sentyabrın 23-dən 27-nə kimi nəzərdə tutulub.
Putin çıxışında Rusiyada qismən səfərbərlik elan edib.
Qismən səfərbərlik sentyabrın 21-dən başlayır.
Prezident bunula bağlı müvafiq fərman imzalayıb.
Putin xalqa müraciətində bildirib ki, hərbi xidmətə ehtiyatda olan, hərbi təcrübəsi olan vətəndaşlar cəlb olunacaq.
Səfərbərlik bu gündən başlanacaq.
“Xüsusi əməliyyat başlayandan sonra, o cümlədən İstanbuldakı danışıqlarda Kiyev Rusiyanın təkliflərinə müsbət reaksiya verdi. Lakin Qərb sülh istəmədi və Ukraynaya razılaşmaları pozmaq əmri verildi”, – Putin bildirib.