Ayaz Salayev: "Evimi iranlılara kirayə verdim..." - VİDEO
Əməkdar incəsənət xadimi Ayaz Salayev "Onun sirri" verilişinə qonaq olub.
AFN xəbər verir ki, o rejissoru olduğu Yarasa filmini ərsəyə gətirərkən yaşadığı çətinliklərdən danışıb. Salayev ekran işi çəkildikdən sonra filmin lentinin oğurlanıb Moskvaya aparılmasından danışıb. Rejissor o lenti əldə edə bilmək üçün evini iranlılara kirayə verdiyini deyib:
"Biz o filmi dəhşətli çətinliklə çəkdik. Həmin dövrdə ölkəmizdə kino istehsalı sıfır dərəcəsində idi. Azərbaycan kinostudiyasında direktor yox idi. Biri getdi, yenisi gəlməmişdi hələ. Nəqliyyat belə yox idi, qışda yollar buz bağlamışdı. Sankt-Peterburqda “Lennfilm” kinostudiyasının laboratoriyasında film aşkar edilirdi. O zaman letnlər itdi.
Filmin prodüseri Saday Əhmədov idi. Mən o film üçün pul axtarırdım, artıq yuxularımda da görürdüm, böyük stress keçirirdim, Saday müəllim vəsait ayırdı, filmi əziyyətlə çəkdik. Lakin lentlər itdi. Bunu Saday Əhmədova demədik. Mən evimi iranlılara kirayə verib, həmin pulla gedib lentləri tapdım".