Makronla Zelenski arasında telefon danışığı olub


Fransa Prezidenti Emmanuel Makronla ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.


APA-nın xəbərinə görə, bu barədə BFM telekanalı Fransa prezidentinin ətrafına istinadən məlumat paylaşıb.

Bildirilib ki, bu, Makronun iyunun 16-da Kiyevə səfərindən sonra hər iki lider arasında ilk telefon danışığı olub.

Məlumata görə, söhbət zamanı diqqət yetirilən məsələlərdən biri Ukraynanın Odessa limanı vasitəsilə taxıl ixracı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu