Qanunsuz ov edən şəxs cəzalandırılıb


Varvara Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovu edən şəxs saxlanılıb.

AFN xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı brakonyerin Mingəçevir şəhər sakini Nizami Yusubov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barəsində qanunamüvafiq tədbirlər görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu