Naxçıvan-Məşhəd dəmir yolu xəttinin açılması təklif olunur


"Naxçıvanla İranın Məşhəd şəhəri arasında dəmir yolu xətti var. Bu yolun açılması çox yaxşı olardı".


"Report" xəbər verir ki, bunu Naxçıvana səfəri çərçivəsində İranın Şərqi Azərbaycan Vilayətinin Səyahət Agentlikləri Assosiasiyasının rəhbəri Rəşid Rəcbpur deyib.

"Biz istəyirik ki, iki ölkə arasında gediş-gəliş artsın. Naxçıvandan İrana daha çox alış-veriş və tibbi məqsədlər üçün gəlirlər. Bizim istəyimiz budur ki, dəmri yolu açılsın, Naxçıvanlılar Məşhədə rahat gələ bilsinlər. İndi onlar əvvəlcə Təbrizə, oradan da Məşhədə gəlirlər", - o söyləyib.

İran nümayəndə heyətinin digər üzvləri isə Naxçıvanda hotellərin baha olmasından narahat olduqlarını və qiymətlərin aşağı salınmasını istədiklərini bildiriblər.

Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə isə bildirib ki, Azərbaycanda turizm sahəsində qiymətləri dövlət deyil, bazar tənzimləyir: "Bu səbəbdən də mövsümdə qiymətlərin bir qədər yüksək olması normaldır. Amma ölkəmizdə yeni hotellər tikilir və bu da rəqabət mühiti şəraitində qiymətləri aşağı salır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu