TƏBİB: “Meymunçiçəyi virusu səbəbindən bəzi hallarda ölüm halları müşahidə oluna bilər”


“Meymunçiçəyi virusu səbəbindən bəzi hallarda ölüm halları müşahidə oluna bilər”.


Bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

O bildirib ki, bu, daha çox dəri səthindəki səpkilərə ikincili bakteriyalar qoşulan zaman baş verə bilər:

“Həmçinin xəstəliyi çox ağır keçirənlər arasında ola bilər. Amma ölüm ehtimalı kifayət qədər azdır”.

Şöbə müdiri deyib ki, bu virusun yayılmış iki alt tipi var:

"Qərbi və Mərkəzi Afrika tipləri. Bunlardan birinin öldürücülüyü heç bir faiz olmadığı halda, digərində 6-11 faiz təşkil edir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu